5 dekabr 2025. Cümə

"Liverpul" "Real Madrid"in ulduzuna görə 100 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 22:56 19.11.2025
  • Oxunma sayı: 188
"Liverpul" "Real Madrid"in ulduzuna görə 100 milyon avro ödəməyə hazırdır

“Real”ın hücumçusu Vinisius Juniyor karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, 25 yaşlı hücumçunu “Liverpul” heyətinə qatmaq istəyir. İngiltərə Premyer Liqasının nəhəngi hücum xəttini yenidən formalaşdırmaq planı çərçivəsində 100 milyon avro dəyərində təklif hazırlayır. Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Braziliyalı hücumçu hələ yeni müqavilə imzalamayıb, mövcud müqaviləsi isə 2027-ci ilin ortalarına qədər etibarlıdır.

Bu mövsümdə Vinisius 16 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer