- Transfer
- 12:47 04.12.2025
“Çelsi” və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya karyerasını “Atletiko”da davam etdirə bilər.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone 27 yaşlı futbolçunu komandasında görməkdə israrlıdır. Lakin transferin reallaşması asan görünmür.
“Çelsi” Kukureleyanı dünyanın ən yaxşı müdafiəçilərindən biri kimi dəyərləndirir və futbolçunun London klubunda aldığı yüksək maaş transferin reallaşmasına mane olan əsas faktorlardandır.
27 yaşlı ispaniyalının bazar dəyəri Transfermarkt tərəfindən 45 milyon avro olaraq göstərilir. Kukurelya “Çelsi” ilə 2028-ci ilin ortalarınadək müqavilə imzalayıb.