- Transfer
- 12:47 04.12.2025
Fransalı mərkəz müdafiəçisi Aksel Disasi “Çelsi” klubunu tərk edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, qış transfer pəncərəsi ərəfəsində Disasiyə “Qalatasaray”, “Monako”, “Bornmut”, “Vest Hem”, “Kristal Pelas”, “Fiorentina”, “Yuventus”, “Borussiya Dortmund” və “Sevilya” klubları transfer etməyi nəzərdən keçirir.
“Çelsi” isə futbolçu üçün təkliflərə açıqdır.
“Çelsi” müdafiəçini 25 milyon avroya satmaq və ya icarəyə vermək niyyətindədir. Hazırkı mövsümdə Disasi əsas komandada meydana çıxmayıb. 27 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin sonuna qədərdir. Transfermarkt mütəxəssisləri onun bazar dəyərini 18 milyon avro qiymətləndirir.