- Transfer
- 12:47 04.12.2025
“Tottenhem” klubu heyətinə yeni qapıçı gətirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Daily Mail Sport"a istinadən məlumatına görə, London klubu dünya səviyyəli qapıçı transfer etməyi nəzərdə tutur.
Hazırda “Tottenhem”də üç qapıçı mövcuddur. Birinci nömrə kimi Qilyermo Vikari oynayır və o, bütün turnirlərdə 16 oyunda iştirak edib. Antonnin Kinski bu mövsüm 2 dəfə meydana çıxıb, Bredon Ostin isə hələ heç bir oyun keçirməyib.
İngiltərə Premyer Liqasında 11 turdan sonra “Tottenhem” 18 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.