- Transfer
- 12:47 04.12.2025
“Bornmut”un hücumçusu Antuan Semenyo karyerasını “Liverpul”da davam etdirə bilər.
90deqiqe.Az-ın "Indykaila News"a istinadən məlumatına görə, “Liverpul” ingilis futbolçunun transferində 73,5 milyon avro məbləğində çıxış hüququnu aktivləşdirmək niyyətindədir. “Bornmut” isə məbləğin ictimaiyyətə açıqlanmasından narazıdır.
Eyni zamanda, klub Semenyonun gedişi qaçılmaz olarsa, transferi pəncərənin ilk iki həftəsində tamamlamağı planlaşdırır. 25 yaşlı oyunçu isə komandadan ayrılaraq Çempionlar Liqası səviyyəli kluba keçmək istəyir.
Cari mövsümdə Semenyo bütün turnirlər üzrə 12 oyunda iştirak edib və 6 qol vurub.