5 dekabr 2025. Cümə

Bernardu Silva “Mançester Siti”dən ayrıla bilər


  • Transfer
  • 23:18 20.11.2025
  • Oxunma sayı: 124
Bernardu Silva “Mançester Siti”dən ayrıla bilər

Portuqaliyalı ulduz yarımmüdafiəçi Bernardu Silva “Mançester Siti”dən ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, futbolçunun və klubun mövcud müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub və hələ yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb. Buna görə də Bernardu mövsüm sonunda sərbəst agent kimi komandadan ayrıla bilər.

Təcrübəli futbolçu Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanı klubları maraqlanır.

2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında 31 yaşlı yarımmüdafiəçi 11 oyunda iştirak edib və 2 məhsuldar ötürmə edib. Bernardu “Mançester Siti”də 2017-ci ildən çıxış edir.







Transfer