- Transfer
- 12:47 04.12.2025
“Ayaks”ın yarımmüdafiəçisi Jorti Mokio “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, 17 yaşlı futbolçu Amsterdam klubundakı gələcəyi ilə bağlı hələ qərar verməyib.
Niderland klubu perspektivli belçikalı ilə müqaviləni uzatmaq istəsə də, Mokio layihədən razı deyil. "Mançester Yunayted” klubu bu prosesi yaxından izləyir. "Qırmızı şeytanlar" futbolçunun agenti ilə əlaqə də saxlayıb.
Jorti Mokio həmçinin “Nyukasl” və Frankfurtun “Ayntraxt” klublarının da diqqətindədir.
17 yaşlı futbolçu əsas komandada 29 oyunda 2 qol vurub. Transfermarkt-a görə, onun bazar dəyəri 8 milyon avrodur.