- Transfer
- 12:47 04.12.2025
“Real”ın hücumçusu Endrik böyük ehtimalla qış transfer pəncərəsində komandadan ayrılacaq.
90deqiqe.Az-ın məlumatına görə, gənc braziliyalını icarəyə götürmək istəyən əsas namizəd Fransa təmsilçisi “Lion”dır.
Fransa klubu 19 yaşlı forvardla tam razılığa gəlib. “Real Madrid”lə anlaşma isə 99,9% həll olunmuş sayılır – yalnız son texniki detallar və imzalar qalıb.
Endrik bu mövsüm cəmi bir dəfə meydana çıxıb. Gənc hücumçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilədək qüvvədədir. Transfermarktın qiymətləndirməsinə əsasən, onun bazar dəyəri 35 milyon avrodur.