- Transfer
- 12:47 04.12.2025
“Liverpul”un vingeri Federiko Kyeza qış transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, İtaliya və İngiltərə klubları yanvar ayında futbolçunun icarəsi üçün təklif göndərə bilər.
Hazırda 28 yaşlı oyunçu komandanı tərk etmək niyyətində deyil. Qərar yalnız o halda dəyişə bilər ki, futbolçu oyun praktikasından məhrum olsun və ya komandaya yeni hücumçu — məsələn, “Bornmut”un forvardı Antuan Semenyo transferi rəsmiləşərsə.
Yekun qərarın qış transfer pəncərəsinin bağlanmasına yaxın veriləcəyi gözlənilir. Hələlik Kyeza “Liverpul”un əsas heyətində yer uğrunda mübarizəni davam etdirmək istəyir.