- Transfer
- 12:47 04.12.2025
“Portu”nun hücumçusu Samu Aqexova karyerasını “Tottenhem”də davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, London klubu 21 yaşlı forvardı transfer etməyə xüsusi diqqət ayırır, çünki klub qış transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.
İdarə heyəti hesab edir ki, ispaniyalı futbolçu baş məşqçi Tomas Frankın oyun modelinə mükəmməl uyğun gəlir.
Cari mövsümdə Aqexova bütün turnirlər üzrə 14 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-ın məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.