5 dekabr 2025. Cümə

“Barselona”nın yeni hədəfi bəlli oldu


  • Transfer
  • 12:46 23.11.2025
  • Oxunma sayı: 70
“Barselona”nın yeni hədəfi bəlli oldu

"Barselona" rəhbərliyi yeni mərkəz hücumçusu ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi Xulian Alvarezi transfer etmək planı artıq gündəmdən çıxıb. “Atletiko”nun argentinalı forvardı üçün gedən yarışdan imtina edən “blauqrana” indi bütün diqqətini “Bavariya”nın hücumçusu Harri Keynin transferinə yönəldib.

Məlumata görə, Keynin alınması “Barselona”ya Alvarezdən iki dəfə ucuz başa gələ bilər. İngiltərə yığmasının kapitanının müqaviləsində 65 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

32 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 18 oyuna 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.







Transfer