- Transfer
- 12:47 04.12.2025
“Arsenal” yanvar ayında “Bornmut”un hücumçusu Antuan Semenyonun transferi uğrunda mübarizəyə qoşulmaq fikrində deyil.
90deqiqe.Az-ın məlumatına görə, londonlular Semenyonun müqaviləsindəki təxminən 74 milyon avro məbləğdən xəbərdardır. Lakin komandada artıq Bukayo Saka və Noni Maduake kimi oyunçuların olması səbəbindən bu transfer gündəmdə deyil.
Mənbənin iddiasına əsasən, “Arsenal” qış transfer pəncərəsində ümumiyyətlə böyük keçidlər reallaşdırmağı planlaşdırmır.
Daha əvvəl “topçular” futbolçuya əsas namizədlərdən biri kimi göstərilsə də, klub rəhbərliyi bu keçidə ehtiyac görmür.
Qeyd edək ki, bu gün Mikel Artetanın komandası Premyer Liqa çərçivəsində “Tottenhem”i qəbul edəcək.