- Transfer
- 12:47 04.12.2025
İngiltərənin "Nottingham Forest" klubunun müdafiəçisi Murillo Premyer Liqada klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, braziliyalı futbolçu ilə "Çelsi" və "Arsenal" klubları maraqlanır.
Murillo "Çelsi"nin baş məşqçisi Enzo Mareskanın tələblərinə cavab verir – oyunçu topa sahib olmaq və hücumları dərinlikdən başlatmaq bacarığı ilə fərqlənir. "Topçular" isə müdafiədə yaşanan zədəlilər səbəbindən futbolçunun transferini ciddi nəzərdən keçirir. Hər iki klub artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Braziliyalı futbolçu ilə "Barselona" klubu da maraqlanır.
"Meşəçilər" 23 yaşlı müdafiəçinin transferini 80-90 milyon avro qiymətləndirir. Klub futbolçunu satmaq istəmir, lakin göstərilən məbləğə yaxın təklifləri nəzərdən keçirəcək.
Cari mövsümdə Murillo bütün turnirlərdə 12 oyuna çıxıb və bir qol vurub. Futbolçunun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 55 milyon avrodur.