- Transfer
- 12:47 04.12.2025
"Atletik"in futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, "Çelsi" və "Tottenhem" klubları ispan futbolçunun transferi uğrunda mübarizəyə qoşulub. Sözügedən klublar qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istəyir.
Hər iki klub 23 yaşlı oyunçu üçün 70 milyon avro təklif etməyə hazırdır. Əslində bu məbləğ Uilyamsın Transfermarkt portalı tərəfindən qiymətləndirilən bazar dəyərinə uyğundur.
Keçən yay mətbuat Niko Uilyamsı "Barselona" ilə bağlayırdı, lakin futbolçu sonunda "Atletik"lə 2035-ci ilin ortasına qədər uzunmüddətli müqavilə imzalayıb.
2025/2026 mövsümündə Niko Uilyams 10 oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib.