5 dekabr 2025. Cümə

“Mançester Yunayted” Kazemironun müqaviləsini uzatmaq istəyir


  • Transfer
  • 22:45 24.11.2025
  • Oxunma sayı: 176
“Mançester Yunayted” Kazemironun müqaviləsini uzatmaq istəyir

“Mançester Yunayted” klubu yarımmüdafiəçi Kazemironun heyətdə qalması üçün yeni təklif hazırlayır.

90deqiqe.Az-ın məlumatına görə, "qırmızı şeytanlar" braziliyalı futbolçuya illik maaşının 22 milyon avrodan 7–9 milyon avroya endirilməsi şərti ilə yeni müqavilə təklif edəcək.

Əgər Kazemiro razılaşsa, sözləşmə 2027-ci ilə qədər uzadılacaq. Əks halda, o, qış transfer pəncərəsində komandadan ayrıla bilər. Cari mövsümdə 33 yaşlı futbolçu Premyer Liqada 10 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer