5 dekabr 2025. Cümə

"Atletiko Madrid" Qallaxeri satmağa hazırdır


  • Transfer
  • 23:53 24.11.2025
  • Oxunma sayı: 203
"Atletiko Madrid" Qallaxeri satmağa hazırdır

“Atletiko”nun mərkəz yarımmüdafiəçisi Konor Qallaxer qış transfer pəncərəsində komandadan ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasından bir neçə klub 25 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

“Atletiko” Qallaxeri yanvarda yalnız tam transfer formasında buraxmağa hazırdır, icarə variantı nəzərdə tutulmur.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlər üzrə 17 oyunda iştirak edib və 2 qol vurub. Qallaxerin klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Transfermarkt mütəxəssisləri onun qiymətini 40 milyon avro qiymətləndirir.







Transfer