- Transfer
- 12:47 04.12.2025
PSJ-nin mərkəz yarımmüdafiəçisi Joao Neveş karyerasını “Liverpul”da davam etdirə bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, Mersisayd təmsilçisi qış transfer pəncərəsində portuqaliyalının transferini nəzərdən keçirir və artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
İngiltərə klubu 21 yaşlı futbolçunu transfer etmək üçün rekord məbləğ – 160 milyon avro ödəməyi hazırdır.
Cari mövsümdə Neveş PSJ-nin ən məhsuldar oyunçusudur. O, Fransa çempionatı və Çempionlar Liqasında 9 oyunda 6 qol vurub. Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalına görə, Neveşin bazar qiyməti 90 milyon avrodur.