5 dekabr 2025. Cümə

“Real”ın 2026-cı il üçün düşündüyü transfer planı pozulub


  • Transfer
  • 22:15 26.11.2025
  • Oxunma sayı: 252
“Real”ın 2026-cı il üçün düşündüyü transfer planı pozulub

Madrid “Real”ı 2026-cı ildə böyük transfer həyata keçirməyi planlaşdırırdı.

90deqiqe.Az-ın məlumatına görə, klub bir müddət öncə müdafiənin sağ cinahı üçün “PSJ” ilə müqaviləsi başa çatacaq Əşrəf Hakimini azad agent qismində heyətinə qatmaq istəyirdi.

Lakin planlar gözlənilmədən dəyişib. Fransız hücumçu Kilian Mbappenin “PSJ”dən ayrılması Paris klubunun maaş büdcəsində böyük boşluq yaradıb və komanda Hakimiyə yeni, daha sərfəli müqavilə təklif edib. Nəticədə mərakeşli futbolçu Paris təmsilçisi ilə sözləşməsini 2029-cu ilin ortalarınadək uzadıb və “Real”a qayıdış ehtimalı aradan qalxıb.

Qeyd edək ki, Əşrəf Hakimi vaxtilə “Real”ın akademiyasının yetirməsi olub və əsas komandanın heyətində 17 oyun keçirib.







Transfer