- Transfer
- 12:47 04.12.2025
“Arsenal” futbolçusu Qabriel Xesusun gələcəyi ilə bağlı qərarını açıqlayıb.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, braziliyalı hücumçu ciddi diz zədəsindən sonra tezliklə meydanlara qayıdacaq.
Buna baxmayaraq, “kanonirlər” futbolçunu qış transfer pəncərəsində satmağı planlaşdırır. Xesusun satışı klubun büdcəsini gücləndirməyə imkan yaradacaq.
28 yaşlı hücumçu üçün isə başqa komandaya keçid daha çox oyun praktikası və 2026-cı il dünya çempionatına qatılmaq şansı deməkdir. Transfermarkt portalı Qabriel Xesusun qiymətini 25 milyon avro qiymətləndirir.