5 dekabr 2025. Cümə

“Milan”ı “Çelsi”yə dəyişə bilər


  • Transfer
  • 23:59 26.11.2025
  • Oxunma sayı: 267
“Milan”ı “Çelsi”yə dəyişə bilər

“Milan”ın qapıçısı Mayk Menyan karyerasını “Çelsi”də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, London klubu artıq fransalı qolkiperin nümayəndələri ilə əlaqə saxlayıb.

“Zadəganlar” hələ də 30 yaşlı qapıçını sərbəst agent kimi komandaya qatmaq istəyirlər. Fransız qolkiper isə “Milan”la müqaviləni uzatmaq niyyətində deyil.

Əlavə olaraq qeyd olunur ki, “Çelsi” hər hansı qapıçını transfer edərsə, Filip Yorgensenlə yollarını ayırmaq niyyətində olacaq.

Cari mövsümdə Menyan bütün turnirlərdə 13 oyuna çıxıb, 9 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Milan”la mövcud müqaviləsi yaxın yayadək qüvvədədir.







Transfer