- Transfer
- 12:47 04.12.2025
“Barselona”nın hücumçusu Markus Reşford karyerasını Fransanın “PSJ” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, “Barselona”nın Reşfordu “Mançester Yunayted”dən 35 milyon avroya almaq imkanı var, lakin “PSJ” artıq 28 yaşlı forvard üçün 50 milyon avroluq təklif hazırlayır. Paris klubu ulduz futbolçunun “Barselona”ya keçidini əngəlləməyi və onu heyətinə qatmağı planlaşdırır.
Cari mövsümdə İngiltərə millisinin üzvü bütün turnirlər nəzərə alınmaqla 17 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Mançester Yunayted”lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər etibarlıdır.