- Transfer
- 12:47 04.12.2025
“Əl-Əhli”nin hücumçusu Ayven Toni “Mançester Yunayted”ə keçməyəcək.
90deqiqe.Az-ın “Teamtalk”a istinadən məlumatına görə, “qırmızı şeytanlar” hücumçu Benyamin Şeşkonun zədələnməsinə baxmayaraq, Tonini Premyer Liqaya qaytarmağı planlaşdırmır. Klub hücum xəttində Mateus Kunyanı əsas seçim kimi nəzərdə tutur.
2025/2026 mövsümündə Toni 18 matçda iştirak edib, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Əl-Əhli” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Onun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.