- Transfer
- 12:47 04.12.2025
“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, 21 yaşlı futbolçu ilə “Tottenhem” klubu ciddi maraqlanır. "Spurts" artıq Kamerun millisinin üzvü ilə danışıqlara başlayıb.
London təmsilçisi Balebanın transferində “Mançester Yunayted”i qabaqlamaq niyyətindədir.
“Brayton” isə futbolçunu az qiymətə buraxmaq fikrində deyil və Balebanın transfer dəyərini 100 milyon avro olaraq müəyyənləşdirib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Baleba bu mövsüm Premyer Liqada 12 oyunda iştirak edib və dörd sarı vərəqə alıb.