6 dekabr 2025. Şənbə

Mançester Yunayted ondan əl çəkmir


  • Transfer
  • 18:54 17.09.2019
  • Oxunma sayı: 471
Mançester Yunayted ondan əl çəkmir

Yuventus'un futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" argentinalı futbolçunu transfer etməkdə israrlıdır

Yay fasiləsində 26 yaşlı futbolçunu ala bilməyən "qırmızı şeytanlar" bunu qışda reallaşdırmaq istəyir. Turin klubunun baş məşqçi Mauritsio Sarri gənc futbolçuya əsas heyətdə şans vermədiyindən, Dibala özü də komandasını dəyişməyə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, argentinalı futbolçu 2015-ci ildən "Yuventus"da çıxış edir.







Transfer