5 dekabr 2025. Cümə

Valverde “Mançester Yunayted”in transfer hədəfində


  • Transfer
  • 23:00 30.11.2025
  • Oxunma sayı: 53
Valverde “Mançester Yunayted”in transfer hədəfində

“Mançester Yunayted” İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Federiko Valverdeni heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın "Mirror"a istinadən məlumatına görə, "mankunianlar" uruqvaylı futbolçunun Madriddəki vəziyyətini yaxından izləyirlər.

Məlumata görə, Valverde “kral klubu”nun bir neçə oyunçusundan biridir ki, baş məşqçi Xabi Alonso ilə idarəçilik stilindən narazıdır. Uruqvaylı futbolçu, münasibətlər yaxşılaşmasa, komandadan ayrılma variantını düşünür.

“Real” 27 yaşlı yarımmüdafiəçini 100 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil. Lakin “Mançester Yunayted” oyunçunu təxminən 70 milyon funt-sterlinq dəyərində transfer etmək istəyir.

Cari mövsümdə Valverde bütün turnirlərdə 17 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun “Real”la mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.







Transfer