5 dekabr 2025. Cümə

İngiltərənin 3 klubu onu istəyir


  • Transfer
  • 23:07 30.11.2025
  • Oxunma sayı: 62
İngiltərənin 3 klubu onu istəyir

“Everton”un hücumçusu İliman Ndiaye İngiltərə Premyer Liqasının üç klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Footmercato"ya istinadən məlumatına görə, “Mançester Siti”, “Liverpul” və “Tottenhem” 25 yaşlı futbolçunu nəzərdən keçirməyə başlayıblar.  

Ndiaye bu komandaların transfer siyahılarında yüksək mövqedədir. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara da başlayıblar.

Seneqallı oyunçu “Everton”da 2024-cü ilin yayından çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 15 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Ndiayenin klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer