- Transfer
- 12:47 04.12.2025
“Mançester Siti”nin oyunçusu Savio “Barselona” klubunun diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi 21 yaşlı futbolçunun transferini nəzərdən keçirir. Klubun idman direktoru Deku gənc braziliyalını Rafinyanın mümkün əvəzi kimi qiymətləndirir.
Rafinya Səudiyyə Ərəbistanından maraq gördüyü, “Barselona”nın maliyyə vəziyyətini nəzərə alaraq əlverişli təklifin qəbul oluna biləcəyi qeyd edilir.
Savionun özü də Qvardiolanın komandasında həmişə əsas heyətə düşə bilmədəyi üçün bu keçidə müsbət yanaşır.
Gənc futbolçunun Transfermarkt qiyməti 50 milyon avro təşkil edir.