5 dekabr 2025. Cümə

Madrid klubu gənc oyunçu transfer edəcək


  • Transfer
  • 21:41 02.12.2025
  • Oxunma sayı: 48
Madrid klubu gənc oyunçu transfer edəcək

"Olimpiakos"un yarımmüdafiəçi Xristos Muzakitis karyerasını Madrid “Real”ında davam etdirə bilər.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, İspaniya nəhəngi 18 yaşlı futbolçunun transferi ilə maraqlanır.

“Kral klubu” gənc futbolçunun keçidi üçün 28,5 milyon avro ödəməyə hazırdır.

“Mançester Yunayted”in skautları Muzakitisin oyununu Çempionlar Liqasında “Real”a qarşı keçirilən 3:4 hesablı matç zamanı izləyiblər.

Cari mövsümdə Xristos Muzakitis bütün turnirlərdə 16 oyunda iştirak edib və 2 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına əsasən, onun bazar qiyməti 15 milyon avro təşkil edir.







Transfer