- Transfer
- 12:47 04.12.2025
Braziliyanın “Qremio” klubunun mərkəz müdafiəçisi Luis Eduardo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, 17 yaşlı futbolçunun xidmətində “Çelsi” və “Mançester Yunayted” klubları maraqlıdır. Sözügedən klublar artıq onun transferi ilə bağlı danışıqlara başlayıblar və yaxın həftələrdə rəsmi təklif göndərməyə hazırlaşırlar..
Eduardo komandaları 17 yaşadək gənclərin dünya çempionatında göstərdiyi performansla təəccübləndirib. Bildirilir ki, futbolçu yanvarın 16-da 18 yaşını tamamladıqdan sonra 60 milyon avroya satıla bilər.
Braziliya 17 yaşadək milli komandasında müdafiəçi bütün yarışlarda 13 oyunda iştirak edib, 3 qol vurub və 3 sarı vərəqə alıb.