5 dekabr 2025. Cümə

Klopp “Real” üçün tələblərini irəli sürüb


  • Transfer
  • 20:44 03.12.2025
  • Oxunma sayı: 58
Klopp “Real” üçün tələblərini irəli sürüb

La Liqada ardıcıl üç heç-heçənin ardından Xabi Alonso üzərində təzyiq artıb.

90deqiqe.Az "El Nacional "a istinadən xəbər verir ki, klubun baş məşqçi postuna bu dəfə Zinəddin Zidan və Yurgen Klopp namizədləri nəzərdən keçirilir..

Klopp “Real”la mümkün əməkdaşlıq üçün bir sıra tələblər irəli sürüb. Alman mütəxəssis futbolçu seçimində tam səlahiyyət istəyir və hesab edir ki, Madrid klubunun ciddi yenilənməyə ehtiyacı var.

Klopp “Real”ın heyətinə iki oyunçunun gətirilməsinin vacib olduğunu vurğulayıb – oyunu yönəldə biləcək yüksək səviyyəli dayaq yarımmüdafiəçi və Mbappenin yükünü azaldacaq, ona cinahda sərbəstlik verəcək mərkəz hücumçusu. Alman məşqçi fikrincə, Mbappe cinahda daha effektli çıxış edə bilər.

Eyni zamanda, Klopp komandanın dörd oyunçusunun artıq heyətdə yeri olmadığını hesab edir: David Alaba, Dani Sebalyos, Braim Dias və Endrik.

Qeyd edək ki, Yurgen Klopp hazırda “Red Bull” futbol sistemində fəaliyyət göstərir.







Transfer