5 dekabr 2025. Cümə

“Milan” Serxio Ramosla bağlı qərar verib


  • Transfer
  • 23:53 03.12.2025
  • Oxunma sayı: 43
“Milan” Serxio Ramosla bağlı qərar verib

İspaniyalı futbolçu Serxio Ramos bu qış transfer pəncərəsində Avropa futboluna qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı futbolçunun həm “Real”a qayıtması, həm də Luka Modriçlə “Milan”da yenidən birləşməsi ilə əlaqələndirib.

 Ramosun xidmətlərini “Milan”a təklif ediblər. Lakin Serie A klubunun nümayəndələri ispaniyalı müdafiəçini transfer etmək istəmir.Mart ayında 40 yaşını qeyd edəcək təcrübəli futbolçunun növbəti ünvanı hələ də dəqiqləşməyib

2025-ci ili Serxio Ramos Meksikanın “Monterrey” klubunda keçirib. Onun mövcud müqaviləsi dekabr ayının sonuna qədər qüvvədədir. Ramos Avropada isə daha əvvəl “Sevilya”, “Real” və “PSJ”də çıxış edib.







Transfer