- Transfer
- 12:47 04.12.2025
Şotlandiyanın “Seltik” klubunun yeni baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, məşhur fransız mütəxəssis Uilfrid Nensi Qlasqo təmsilçisini çalışdırmağa başlayıb. Bu barədə məlumat klubun rəsmi saytında yayımlanıb.
Nensinin "Seltik"lə imzaladığı müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Mütəxəssis əvvəlki karyerasında Şimali Amerikada uğurlu nəticələr əldə edib. O, “Monreal İmpakt”la Kanadanın çempionu olub, “Kolambus Kriyu” ilə isə MLS Kubokunu və Liqa Kubokunu qazanıb.
Hazırda “Seltik” Şotlandiya Premyer Liqasının turnir cədvəlində 32 xalla 2-ci sıradadır. Lider "Harts"la eyni xalı olsa da, "Seltik"in bir oyunu əskikdir. Klubun əvvəlki baş məşqçisi Brendon Rodcer oldu, onun istefasından sonra isə komandanı müvəqqəti olaraq Martin O'Nil çalışdırırdı.