5 dekabr 2025. Cümə

Reşford gələn mövsümdə "Barselona"da oynamaq istəyir


  • Transfer
  • 12:47 04.12.2025
  • Oxunma sayı: 38
Reşford gələn mövsümdə "Barselona"da oynamaq istəyir

“Barselona”nın hücumçusu Markus Reşfordun gələn mövsüm hansı klubda çıxış edəcəyi bəlli olub.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, ingilis futbolçu yayda “Barselona”ya daimi transferlə keçmək istəyir, lakin PSJ-nin güclü marağı transferi çətinləşdirə bilər.

Məlumatda qeyd edilir ki, “Mançester Yunayted” Reşfordu gələcəkdə komandada görmür və klub onu satmağa çalışır. PSJ vəziyyəti diqqətlə izləyir və əgər Reşfordun transferi “Barselona”ya reallaşmasa, onu almağa hazırdır.

Cari mövsümdə 28 yaşlı ulduz futbolçu bütün turnirlərdə 19 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer