5 dekabr 2025. Cümə

Keyn İngiltərə millisinin üzvünü “Bavariya”ya gətirmək istəyir


  • Transfer
  • 20:17 05.12.2025
  • Oxunma sayı: 37
Keyn İngiltərə millisinin üzvünü “Bavariya”ya gətirmək istəyir

“Bavariya”nın hücumçusu Harri Keyn İngiltərə millisindəki komanda yoldaşını Münhen klubuna transfer etməyə çalışır.

90deqiqe.Az-ın "TZ"ə istinadən məlumatına görə, söhbət “Kristal Pelas”ın müdafiəçisi Mark Qehidən gedir. Futbolçu yayda azad agentə çevrilə bilər, əgər həmin vaxta qədər klubla müqaviləni uzatmasa.

 Keyn Qehini “Bavariya”ya keçməyə razı salmağa çalışır. Müdafiəçi ilə uzun müddətdir bir sıra aparıcı klublar maraqlanır.

25 yaşlı futbolçunun müqaviləni yeniləməməsi, onun yayda daha nüfuzlu komandaya transferini asanlaşdıra bilər. Transfermarkt Gehinin dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer