5 dekabr 2025. Cümə

"Tottenhem" İqor Tyaqonu heyətinə qatmaq istəyir


  • Transfer
  • 22:00 05.12.2025
  • Oxunma sayı: 17
"Tottenhem" İqor Tyaqonu heyətinə qatmaq istəyir

"Tottenhem" hücum xəttini gücləndirmək məqsədilə "Brentford"un hücumçusu İqor Tyaqonu transfer siyahısına daxil edib.

90deqiqe.Az-ın məlumatına görə, London klubu braziliyalı oyunçunu Harry Keynin potensial əvəzedicisi kimi görür və onun keçmiş kapitanın bombardir göstəricilərini təkrarlaya biləcəyinə inanır. "Spurs" artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb

Eyni zamanda, "Aston Villa" və "Nyukasl" da Tyaqonun xidmətində maraqlıdır.

Lakin "Brentford" hücumçudan ayrılmaq niyyətində deyil. Klub onun üçün 30 milyon funt sterlinq (təxminən 35 milyon avro) sərf edib və uzunmüddətli perspektivdə komandada saxlamayı planlaşdırır.

Transfermarkt portalına görə, Tyaqonun bazar qiyməti 22 milyon avrodur.







Transfer