6 dekabr 2025. Şənbə

“Beşiktaş” “Fənərbağça”nın sabiq futbolçusunu transfer edir


  • Transfer
  • 14:58 06.12.2025
  • Oxunma sayı: 30
“Beşiktaş” “Fənərbağça”nın sabiq futbolçusunu transfer edir

“Beşiktaş” Moskva “Spartak”ının müdafiəçisi Aleksander Cikunu transfer etməkdə maraqlıdır.

90deqiqe.Az-ın "Fotomaç"a istinadən məlumatına görə,  İstanbul təmsilçisi 31 yaşlı Qana millisinin xidmətini müdafiə xəttinin gücləndirilməsi üçün əsas namizədlərdən biri hesab edir.

Məlumata əsasən, Qana millisinin üzvü Türkiyəyə dönüşdə maraqlıdır. Cikunun İstanbul həyatını sevdiyi, “Beşiktaş”da oynamaq perspektivinin də ona cəlbedici gəldiyi bildirilir. 

“Beşiktaş”ın baş məşqçisi Serjen Yalçının da müdafiəçinin transferinə razı olduğu qeyd olunur.

Xatırladaq ki, Aleksander Ciku 2025-ci ilin sentyabrında “Fənərbağça”dan “Spartak”a keçib. O, cari “Mir” Rusiya Premyer Liqası mövsümündə səkkiz matçda iştirak edib.







Transfer