- Transfer
- 17:27 06.12.2025
Fransanın “Lill” klubu mərkəz yarımmüdafiəçisi Ayub Buaddiylə yeni əmək müqaviləsi bağlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçu ilə imzalanan yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Gənc oyunçunun yüksək potensialına görə bir sıra top-klublar – “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Real Madrid” onunla maraqlanır.
Cari mövsümdə Buaddi “Lill”in bütün turnirlərində 18 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.