- Transfer
- 17:27 06.12.2025
“Marsel”in mərkəz müdafiəçisi Leonardo Balerdi Avropanın və Səudiyyənin klublarının maraq dairəsindədir.
90deqiqe.Az-ın "CalcioMercato"ya istinadən məlumatına görə, “Yuventus” və “Əl-Kadisiyə” argentinalı oyunçunun xidmətində maraqlıdır.
Səudiyyə klubu 26 yaşlı futbolçunu 40 milyon avroya qədər almağa hazırdır.
Balerdi 2020-ci ildə “Borussiya”dan icarə əsasında “Marsel”ə gəlib və daha sonra 11 milyon avroya transfer olunub. Onun mövcud müqaviləsi 2028-ci ilin iyununa qədərdir.
Balerdi indiyədək “Marsel” üçün 178 matçda iştirak edib; cari mövsümdə 14 oyun, 1 assist və 5 sarı vərəqə ilə yadda qalıb. 26 yaşlı futbolçu əvvəl “Boka Xuniors”da çıxış edib və Argentina millisində 11 oyun keçirmişdir. Onun bazar dəyəri Transfermarkt-a görə 20 milyon avro qiymətindədir.