- Transfer
- 23:52 07.12.2025
“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahın bu qış transfer pəncərəsində Səudiyyə Ərəbistanına keçidi gündəmdədir.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, "Əl-İttihad” və “Əl-Hilal” 33 yaşlı futbolçunun transferi üçün artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Sözügedən klublar təcrübəli futbolçu üçün Mersisayd klubuna 80–100 milyon avro aralığında təklif göndərməyə hazırdır.
Mənbə bildirir ki, MLS klubları da misirli hücumçunun xidmətləri ilə maraqlanır, lakin maliyyə şərtlərinə görə Səudiyyə Ərəbistanı nəhəngləri ilə rəqabət aparmaqda çətinlik çəkirlər.
Bundan əvvəl Salah baş məşqçi Arne Slotla münasibətlərinin pisləşdiyini, hazırkı situasiyada günahkar kimi göstərildiyini açıqlamışdı.
Bu mövsüm 19 matçda meydana çıxan Salah 5 qola və 3 məhsuldar ötürməyə imza atıb. Onun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt məlumatına əsasən, forvardın bazar dəyəri 45 milyon avrodur.