- Transfer
- 23:52 07.12.2025
Amsterdamın “Ayaks” klubu “Arsenal” keçmiş futbolçusu Takehiro Tomiyasunun transferini nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Voetbal International" məlumat yayıb.
Yapon futbolçu hazırda azad agentdir. O, iyul ayında London klubundan ayrılıb. Son illərdə Tomiyasu dizindəki problemlər səbəbindən ciddi çətinliklərlə üzləşib və ötən mövsümdə “topçular”ın heyətində cəmi 6 dəqiqə meydanda olub. Fevralda əməliyyat keçirən müdafiəçi bir neçə ay sonra klubla qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verib və bununla da vətənində xüsusi reabilitasiya proqramından keçmək imkanı əldə edib.
Futbolçunun bərpa prosesi uğurlu alınsa da, tam formaya düşməsi üçün klub mühitində çalışması vacibdir. Tomiyasu 2026-cı il dünya çempionatında yığmanın heyətində oynamağı hədəfləyir.
“Ayaks” onun hər iki cinahda çıxış etmək bacarığını və beynəlxalq təcrübəsini yüksək qiymətləndirir.