- Transfer
- 23:52 07.12.2025
"Barselona" növbəti transfer pəncərələrini planlaşdırır və əsas hədəfi mərkəz hücumçusunu gücləndirməkdir.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, "İnter"in forvardı Lautaro Martinez Kataloniya klubunun maraq dairəsindədir.
28 yaşlı futbolçunun transferi üçün "blauqrana"nın idman direktoru Deku artıq agenti ilə danışıqlara başlayıb. Deku hazırda transfer bazarını araşdıraraq komandaya yüksək səviyyəli hücumçu cəlb etməyə çalışır.
Martinez bu mövsüm bütün turnirlər üzrə 17 oyunda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "İnter"lə müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt məlumatına əsasən, onun bazar qiyməti 85 milyon avrodur.