8 dekabr 2025. Bazar ertəsi

Qrinvud “Marsel”i tərk edə bilər


  • Transfer
  • 22:26 08.12.2025
  • Oxunma sayı: 32
Qrinvud “Marsel”i tərk edə bilər

"Marsel"in hücumçusu Meyson Qrinvud qış transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə,  24 yaşlı hücumçuya Səudiyyə Ərəbistanından bir klub tərəfindən 100 milyon avro təklif olunub.

Mənbə bildirir ki, “Marsel” rəhbərliyi çətin seçim qarşısındadır.

Bir tərəfdən Qrinvud klubun idman layihəsi üçün əhəmiyyətlidir, digər tərəfdən isə maliyyə baxımından təklif olduqca cəlbedicidir.

Qeyd olunur ki, “Mançester Yunayted” hələ də futbolçunun maliyyə hüquqlarının 50%-nə sahibdir. Əgər “Marsel” Qrinvudu 100 milyon avroya satsalar, 50 milyon avro klubun hesabına daxil olacaq, qalan 50 milyon isə Mançesterə göndəriləcək.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır