8 dekabr 2025. Bazar ertəsi

İki klub “Çelsi"nin futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:32 08.12.2025
  • Oxunma sayı: 30
İki klub “Çelsi"nin futbolçusunu transfer etmək istəyir

Ukraynalı yarımmüdafiəçi Mixail Mudrik “Çelsi”dən ayrıla bilər.

90deqiqe.Az-ın "Footmercato"ya istinadən məlumatına görə,24 yaşlı futbolçunun xidmətində Fransanın “Strasburq” və İspaniyanın “Sevilya” klubları maraqlıdır. Sğzügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Onun transferi yalnız dopinq səbəbindən aldığı diskvalifikasiyanın aradan qaldırılması halında mümkün olacaq.

Futbolçu “Çelsi”yə 2023-cü ilin yanvarında transfer olunub. Onun mövcud müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır