9 dekabr 2025. Çərşənbə axşamı

"Barselona" və "Liverpul" bu futbolçu üçün yarışda


  • Transfer
  • 23:10 08.12.2025
  • Oxunma sayı: 26
"Barselona" və "Liverpul" bu futbolçu üçün yarışda

İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Ederson karyerasını başqa klubda davam etdirə bilər.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, “Barselona” və “Liverpul” braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, 26 yaşlı futbolçunu transfer etmək üçün 55 milyon avro ödəməyə hazır olmaq lazımdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Ederson “Atalanta”da 2022-ci ilin yayından çıxış edir. O vaxtdan bəri braziliyalı yarımmüdafiəçi 153 oyuna çıxaraq 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, əvvəlki xəbərlərdə Edersonun adı bir sıra Avropa top-klubları ilə də hallanmışdı.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır