9 dekabr 2025. Çərşənbə axşamı

"Qalatasaray” “Mançester Yunayted”in futbolçusunu transfer edə bilər


  • Transfer
  • 23:29 08.12.2025
  • Oxunma sayı: 27
"Qalatasaray” “Mançester Yunayted”in futbolçusunu transfer edə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində komandadan ayrılmağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, Uqarteni yaxından izləyən klublardan biri Türkiyənin “Qalatasaray”ıdır. Klub 24 yaşlı futbolçunu həm icarəyə götürməyi, həm də daimi transfer etməyi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlanılıb.

Qeyd olunur ki, Ugarte “Sportinq”də Ruben Amorim altında çıxış etsə də, baş məşqçi onun “Old Trafford”dakı oyunundan razı qalmayıb. Cari mövsümdə urugvaylı futbolçu İngiltərə çempionatında 10 matçda iştirak edib və qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Ugarte ilə “Mançester Yunayted” arasında müqavilə 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Transfermarkt onun qiymətini 35 milyon avro qiymətləndirir.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır