- Transfer
- 23:35 08.12.2025
“Barselona”nın hücumçusu Runi Bardci karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "MOT Leeds News"a istinadən məlumatına görə, “Lids” qış transfer pəncərəsində 20 yaşlı futbolçunu icarəyə götürməyi nəzərdən keçirir.
Lakin transfer isveçlinin son çıxışları səbəbindən çətinləşir. Buna baxmayaraq Premyer Liqa klubu futbolçunun agenti ilə danışıqlara başlayıb.
Ötən La Liqa turunda “Barselona” – “Betis” (5:3) oyununda Bardci 68 dəqiqə meydanda olub, bir qol vurub və bir məhsuldar ötürmə edib. Cari mövsümdə o, bütün turnirləri nəzərə alaraq 10 oyunda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.