10 dekabr 2025. Çərşənbə

"Ayaks" "Arsenal"ın keçmiş müdafiəçisi ilə razılığa gəlib


  • Transfer
  • 23:30 09.12.2025
  • Oxunma sayı: 39
"Ayaks" "Arsenal"ın keçmiş müdafiəçisi ilə razılığa gəlib

Niderlandın “Ayaks” klubu “Arsenal”ın sabiq müdafiəçisi Takehiro Tomiyasunu heyətinə qatmaq üzrədir.

90deqiqe.Az xəbər verir ki, tərəflər ilkin razılığa gəlib və hazırda müqavilənin son detalları üzərində danışıqlar aparırlar.

 Tomiyasunun altı aylıq sözləşmə imzalayacağı gözlənilir.

Son illərdə dizində problem yaşayan yapon futbolçu keçən mövsüm “Arsenal”da cəmi 6 dəqiqə meydanda olub və hazırda sərbəst agent statusundadır.

Müdafiəçi 2026-cı il Dünya Çempionatında Yaponiya yığmasında çıxış etməyi ümid edir və bunun üçün komandada oynamağa ehtiyac var.







Transfer