11 dekabr 2025. Cümə axşamı

"Liverpul" Salahın əvəzləyicisini PSJ-də tapdı


  • Transfer
  • 19:58 11.12.2025
  • Oxunma sayı: 35
"Liverpul" Salahın əvəzləyicisini PSJ-də tapdı

“Liverpul” Məhəmməd Salah ətrafında yaranmış situasiyadan sonra onun əvəzləyicisini müəyyənləşdirib.

90deqiqe.Az-ın “Caught Offside”yə istinadən məlumatına görə, Mersisayd təmsilçisinin əsas hədəfi PSJ-də çıxış edən Bredli Barkoladır.  

Məlumata əsasən, Salah rəhbərlik və Arne Slotla ciddi konflikt yaşayıb və baş məşqçini hörmətsiz davranışda günahlandırıb. Bu vəziyyət hücumçunun komandadan ayrılma ehtimalını artırıb. “Liverpul” isə 23 yaşlı Barkolanı ideal namizəd kimi görür.

Gənc fransalı bu mövsüm Paris təmsilçisinin heyətində 25 matça çıxıb, 5 qol və 5 assistlə yadda qalıb. Onun müqaviləsi 2028-ci il iyunun sonunadək qüvvədədir.

“Transfermarkt” Barkolanın bazar dəyərini 70 milyon avro olaraq göstərir.







Transfer

Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı