- Transfer
- 20:27 11.12.2025
"İnter Mayami"nin hücumçusu Lionel Messinin transfer dəyəri daha 3 milyon avro azalaraq 15 milyon avroya düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Transfermarkt" portalının son yeniləməsində məlumat verilib.
38 yaşlı ulduzun karyerası ərzində maksimal bazar dəyəri 2018-ci ildə – “Barselona”nın heyətində çıxış etdiyi dönəmdə 180 milyon avro təşkil edib.
Argentinalı futbol,u 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 88 oyunda iştirak edib, 77 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir. Messi 2025-ci ildə “İnter Mayami”nin heyətində MLS Kubokunun qalibi olub.