- Transfer
- 23:59 11.12.2025
“Çelsi” klubu heyətini möhkəmləndirmək üzərində çalışır.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, London təmsilçisi yarımmüdafiəni gücləndirmək istəyir və bu istiqamətdə “Barselona”nın futbolçusu Mark Kasado diqqət mərkəzindədir.
“Çelsi” rəhbərliyi hesab edir ki, 22 yaşlı futbolçu komandaya mükəmməl uyğunlaşa bilər. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlanılıb.
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar qiyməti 30 milyon avro qiymətləndirilir.
2025/2026 mövsümündə Kasado “Barselona”da 15 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Lakin o, hələ də əsas heyətə daimi çıxış edə bilmir.